Amil İntensivliyi

istehsalın müxtəlif amillərinə xərclərin bu amillərin istifadəsi ilə istehsal edilən məhsulun dəyərinə nisbəti.
Amil
Amil Məsrəfləri
OBASTAN VİKİ
Amil
Amil — Azərbaycanlı kişi adı. Amil Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Amil Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Amil Qasımov — Azərbaycanlı samboçu.
Səsin intensivliyi
Səsin intensivliyi (səsin gücü) Sound intensity Интенсивность звука – səs dalğasının dalğanın yayılması istiqamətinə perpendikulyar və sahəsi vahid olan səthdən vahid zamanda daşıdığı enerjidir. Rəqslərin amplitudu və rəqs edən cismin sahəsi artdıqda səsin intensivliyi artır. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Kapitalın intensivliyi
Kapitalın intensivliyi — əmtəənin özünün dəyərinə və digər istehsal amillərinin, xüsusən də əməyin dəyərinə nisbətdə əmtəə istehsalında istifadə olunan kapitalın dəyəri. İstehsal prosesi çərçivəsində (həm mikro, həm də makro səviyyədə) kapitalın intensivliyi səviyyəsini kapitalla əmək arasındakı nisbət kimi, yəni izokvant boyunca nöqtələr toplusu kimi qiymətləndirmək olar. Maşın və alətlərdən istifadə əməyin səmərəliliyini artırır, buna görə də kapital intensivliyinin artması (kapitalın dərinləşməsi adlanır, yəni kapital-əmək nisbətinin artması) əmək məhsuldarlığını artırır. Uzunmüddətli perspektivdə daha çox istehsal kapitalı olan cəmiyyətlər daha yüksək həyat standartlarına malik olurlar. Avstriya məktəbi hesab edirdi ki, hər hansı bir sənayenin kapital tutumu onda qəbul edilən dairəvi istehsal üsulu və istehlakçı tələbi ilə müəyyən edilir. Solou öz hesablamalarına əsaslanaraq iddia edirdi ki, iqtisadi artım kapital və əməyin kəmiyyət və keyfiyyəti ilə deyil, əsasən texniki tərəqqi (məhsuldarlığın artımı) hesabına təmin edilir. Harvard Universitetinin 2000-ci ildə Amerika İqtisadiyyat Assosiasiyasının prezidenti Deyl Yorgenson yazır: Qrilixes və mən göstəririk ki, kapitalın və əməyin keyfiyyətindəki dəyişikliklər və investisiya mallarının keyfiyyəti Solow qalıqlarının çoxunu izah edir. Hesab edirik ki, kapital və əmək 1945-1965-ci illər arasında artımın 85 faizini təşkil edib və yalnız 15 faizini məhsuldarlığın artımına aid etmək olar... Həmçinin Kuznets və Soloun yanaşmalarına əsaslanan əvvəlki məhsuldarlıq tədqiqatlarının birdən-birə köhnəlməsinə səbəb oldu.
Amil (məmur)
Amil — Ərəb xilafəti dövründə vergi məmuru. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı. Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.
Amil Avey
Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, 28 yanvar 1953, Qazaxbəyli, Qazax rayonu – 23 noyabr 2020, Almaniya Federativ Respublikası) — Azərbaycan şairi, yazıçısı və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009) Amil Avey 28 yanvar 1953-cü ildə Azərbaycanın Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Qazax şəhər 1 saylı orta məktəbdə bitirmişdir (1970). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam bölməsini bitirmişdir (1980). Əmək fəaliyyətinə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində fəhləliklə başlamışdır (1974). Bir müddət fəhlə yataqxanasında tərbiyəçi (1975-1978), N.Nərimanov adına mədəniyyət sarayında dərnək rəhbəri (1978-1979), “Kimyaçı” qəzetində müxbir (1980-1981), Azərbaycanfilm kinostudiyasında inzibatçı (1981-1982), “Müxbir” dərgisində redaktor (1982-1989), “Açıq söz” dərgisində redactor (1990-1991), “Türk dünyası” dərgisində məsul katib (1991-1992), “Azərbaycan dünyası” dərgisində baş redaktor (1992-1993) vəzifəsində çalışmışdır. Daha sonra “Müxalifət” qəzetində şöbə redaktoru işləmişdir. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. Ailəsi ilə birlikdə Almaniyaya müalicəyə getmiş və yaradıcılığını orda davam etdirmişdir.. 2020-ci ilin noyabrın 23-də Almaniyada vəfat etmişdir. Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdır.
Amil Hüseynov
Amil Ramiz oğu Hüseynov (16 avqust 1986, Əhmədalılar, Füzuli rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Amil Hüseynov 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Amil Hüseynov 2004–2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Amil Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Hüseynov oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amil Həmzəyev
Amil Həmzəyev (25 iyun 1990, Gəncə) — Azərbaycanı təmsil edən basketbolçu Amil Həmzəyev, Azərbaycan Milli yığma komandasının kapitanı, 4 qat Respublika Çempionu, İdman ustası, Prezident mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, "Fenerbahçe Azərbaycan Spor Okulları"-nın təsisçisi (2016-h.h.). "Xəzri" komandasının kapitanıdır. Amil Həmzəyev, 2004-cü ildə Gəncə şəhərində Telekom basketbol klubunda basketbol kariyerasına başlayıb, 2005-ci ildə yeniyetmələrdən ibarət Milli komandaya və Azəri klubuna seçilərək Bakı şəhərinə dəvət alan Amil ümumilikdə Gənclər arasında 4 qat Respublika Çempionu olub. 2006-cı ildə əsas Milli komandaya seçilən Amil ən gənc yaşda Milli komandaya seçilmiş oyunçu kimi basketbol tariximizə adını yazdırıb və eyni ildə Rimas Kurtinaytesin rəhbərliyi altında Albaniyanın Dusess şəhərində Avropa Çempionatı C Divizyonunda qızıl medal qazanmışdır. 2007-ci ildə yeniyetmələrdən ibarət milli komanda ilə U18 Avropa Çempionatı C Divizyonunun (Uels) və 1-ci Qaradəniz Oyunlarının (Trabzon) iştirakçısı olub. 2008-ci ildə gənclərdən ibarət milli komandanın tərkibində U20 Avropa Çempionatı B Divizyonunda (Ruminya) iştirak edib və eyni ildə Azərbaycan Milli komandası ilə Avropa Çempionatı C Divizyonunda (Şotlandiya) ikinci dəfə qızıl medala yiyələnib. 2006–2010 cu illər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almış və eyni illərdə keçirilən Spartakiadalarda 4 dəfə Respublika Çempionu titulunu yiyələnmişdir. 2010-2011-2012-2013-2014–2015-ci illərdə Qırğızıstanın Bişkek şəhərində keçirilən Novruz Beynalxalq turnirində 5 dəfə qızıl 1 dəfə gümüş medala yiyələnib. 2011–2012 ci illərdə Novruz Beynalxalq Turnirinin ən yaxşı oyunçusu adına layiq görülüb. 2011–2012 ci illərdə Milli komanda ilə Avropa Çempionatının seçmə mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb.
Amil Həsənoğlu
Amil Məhərrəmov
Amil Məhərrəmov — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. Amil Məmmədəli oğlu Məhərrəmov 1974-cü il dekabr ayının 24-də Azərbaycan SSR-in Bakı şəhərində anadan olmuşdur. 1981–1991-ci illərdə Bakı şəhəri 54 saylı orta məktəbində oxumuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsini iqtisadi-nəzəriyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1996–2000-ci illərdə 08.00.01. – "İqtisadi nəzəriyyə" ixtisası üzrə aspiranturada oxumuşdur. 1995-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamıışdır. 1999-cu ildən "Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə" kafedrasında saathesabı müəllim, 2000-ci ildən 0,5 ştat əvəzçilik yolu ilə müəllim və 2002-ci ildən tam ştat baş müəllim vəzifəsinə keçirilmişdir. 2002-ci ildən A.M.Məhərrəmov "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildən dosent elmi adını almış və həmin ildən yeni yaradılmış "Gömrük işinin təşkili və idarəetmə" kafedrasında müdir əvəzi, dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə yeni yaradılmış "İqtisadiyyat və idarəetmə" kafedrsının müdiri vəzifəsinə seçilmişdir.
Amil Qasımov
Amil Famil oğlu Qasımov (8 fevral 1986, Kirovabad) — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. 2016-cı ildə Kazanda baş tutan Avropa Çempionatının qızıl medalçısıdır. Amil Qasımov 8 fevral 1986-cı ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. Amil Qasımov 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Gürcüstanlı Kaxa Mamulaşvili ilə üz-üzə gəldi. Kaxa Mamulaşvili ilə qarşılaşmadan Amil Qasımov 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Bolqarıstanlı samboçu idi.
Amil Rüstəmov
Amil Bədrəddin oğlu Rüstəmov (10 dekabr 1994, Tovuz – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Amil Rüstəmov 1994-cü il dekabrın 10-da Tovuz rayonunun Tovuz şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Rüstəmov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Amil Səfərli
Amil Nizami oğlu Səfərli (29 sentyabr 1994, İmişli rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Amil Səfərli 1994-cü il sentyabrın 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Amil Yunanov
Amil Əzim oğlu Yunanov — (doğum 6 yanvar 1993, Tovuz) - Azərbaycan Premyer Liqasında çıxış edən "Şamaxı FK"-da çıxış edir .
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri — müvafiq ketonlara, üçlü amil spirtləri — C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir — (CH3)2CHCH2CH2OH .
Cəbəl Amil
Cəbəl Amil — (ərəb. جبل عامل‎‎) 1920-ci ildə müasir Livanın yaradılmasından əvvəl Livanın cənubundakı dağlıq bölgənin tarixi adı. Adı 6-cı əsrdə Marib bəndinin dağıdılmasından sonra Yəməndən Livana köçən Amil bin Səbaanın adından gəlir. Cəbəl Əməl Livanın cənubunda bir bölgədir. Bu bölgə keçmişdə Suriyanın on iki imamçı bölgəsi kimi çox əhəmiyyətli olub. Cəbəl Amil Cənubi Livanın sahil və dağlıq ərazilərini əhatə edir. Cəbəl Amilin sərhədləri dəqiq məlum deyil. Bu ərazi təxminən şimaldan Sidonun şimalında Əvəli çayına (köhnə adı: Faradis), cənubdan Nəhariyyə şəhərinin şimalında Qarn çayına (köhnə adı: Əbu Fətras və ya Nəhr Fitrə) qədərdir. Şərqdən Fələstinlə, Hovla gölünə (Kiçik İordaniya kimi tanınır) və Hasbia çayına qədər və qərbdən Aralıq dənizi ilə həmsərhəddir.
Amil Səlimov
Amil Səlimov (latış. Amils Saļimovs‎; 14 oktyabr 1985, Marupe vilayəti[d]) — Latviya Seyminin azərbaycanlı millət vəkili. Latviya azərbaycanlılarıdan olan dövlət və siyasi xadim. 2024-cü ilin fevral ayında Latviya Seymində təmsil olunan millət vəkili Qloriya Qrevtsovanın mandantına xitam verildiyi üçün Səlimov partiya siyahısından seçilərək onu əvəzləyib. Amil Səlimov uzun müddət Latviya azərbaycanlıları arasında diaspora fəalı kimi fəaliyyət göstərib, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq koordinatoru kimi çalışıb. Hər iki valideyni azərbaycanlı olan Amil Səlimov 1985-ci ilin 14 oktyabr tarixində Latviya Sovet Sosialist Respublikasının paytaxtı Riqa şəhərində anadan olub. Amilin validenyləri Azərbaycan Sovet Sosialist Respublikasında andan olublar və 80-ci illərdə işləri ilə əlaqədar olaraq Latviya Sovet Sosialist Respublikasına köçərək burada yaşamağa və işləməyə başlayıblar. Orta təhsilini Riqada tamamladıqdan sonra ali təhsil almaq üçün Riqa şəhərində yerləşən Nəqliyyat və Rabitə İnstitutuna (latış. Transporta un sakaru institūts‎) daxil olan Səlimov 2007-ci ildə həmin institutun biznesin idarəedilməsi ixtisasını bitirib. Latviya Seyminə seçilməmişdən əvvəl o, bir sıra şirkətlərin idarə heyətinin üzvü, həmçinin "AZƏRİ" Gənclər Mərkəzi assosiasiyasının idarə heyətinin sədri vəzifələrində çalışıb.
Elektrik sahəsinin intensivliyi
Elektrik sahəsi — elektromaqnit sahәsinin xüsusi halı; elektrik yükünün hәrәkәt sürәtindәn asılı olmayan qüvvәnin (sahә tәrәfindәn) yükә tәsirini müәyyәn edir. Elektrik sahəsi haqqında anlayış 19-cu әsrin 30-cu illәrindә M. Faradey tәrәfindәn daxil edilmişdir. Faradeyә görә, sükunәtdә olan hәr bir yük onu әhatә edәn fәzada elektrik sahəsi yaradır. Bir yükün sahәsi digәr yükә tәsir edir vә әksinә; yüklәrin qarşılıqlı tәsiri (yaxınatәsir konsepsiyası) belә hәyata keçirilir. Elektrik sahəsinin әsas kәmiyyәt xarakteristikası – elektrik sahәsinin intensivliyidir ( E {\displaystyle \mathbf {E} } ); fәzanın verilәn nöqtәsindә elektrik sahәsinin intensivliyi bu nöqtәdә yerlәşәn yükә ( q {\displaystyle q} ) tәsir edәn F {\displaystyle \mathbf {F} } qüvvәsinin hәmin yükә olan nisbәtinә bәrabәrdir: E = F q {\displaystyle \mathbf {E} ={\mathbf {F} \over q}} Mühitdә elektrik sahәsi intensivliklә yanaşı, elektrik induksiyası vektoru ( D {\displaystyle \mathbf {D} } ) ilә dә xarakterizә olunur. Fәzada elektrik sahəsinin paylanmasını elektrik sahəsi intensivliyinin qüvvә xәtlәrinin kömәyi ilә tәsvir etmәk olar. Elektrik yüklәrinin doğurduğu qüvvә xәtlәri müsbәt yüklәrdә başlayır vә mәnfi yüklәrdә qurtarır (vә ya sonsuzluğa gedir). Dәyişәn maqnit sahәsinin yaratdığı burulğanlı qüvvә xәtlәri qapalıdır. Videman-Frans qanunu Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Əməyin intensivliyi və ekstensivliyi
Əməyin intensivliyi və ekstensivliyi — həm iş vaxtının uzunluğu (ekstensiv göstəricilər) , həm də əmək intensivliyi səviyyəsi (intensiv göstəricilər) ilə onun kəmiyyətini xarakterizə edən əməyin göstəriciləri. Əməyin genişliyi iş vaxtının müddəti ilə əlaqədar əməyin miqdarının dəyişməsidir: iş saatlarının, iş günlərinin, iş həftələrinin, ayların sayı . Geniş əmək göstəricilərini ölçmək, planlaşdırmaq və nəzarət etmək asandır. Əksər ölkələrdə onların sərhədləri qanunla tənzimlənir. Beləliklə, Rusiyada iş vaxtının uzunluğu və ona nəzarət ilə bağlı əsas məsələlər Əmək Məcəlləsinin IV bölməsində nəzərdən keçirilir. Minimum əmək haqqı ilə sistematik əlaqədə iş vaxtının müddəti əsas yaşayış səviyyəsini təşkil edir. Ekstensiv göstəricilər iş vaxtı ərzində müəyyən standart sabit yük səviyyəsini nəzərdə tutan zamanla yalnız əməyin müddətini nəzərə alır . Əmək ehtiyatlarının səviyyəsi adətən əmək qabiliyyətli əhalinin ölçüsü ilə ölçülür, lakin ümumi iş vaxtı fondunun hesablamaları da mümkündür ki, bu da bu göstəricini sənaye və ya ölkə daxilində ümumi əməyin geniş ölçüsünə çevirir. Tələb olunan işi yerinə yetirmək üçün standart insan-saat sayı planlaşdırma sistemlərində tez-tez istifadə olunur (məsələn, giriş-çıxış üsulu, xətti proqramlaşdırma, şəbəkə diaqramı).
İşıq şüalanması (zərərverici amil)
Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qədər davam edir. İşıq şüasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir. İşıq şüalanması — nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər: – birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir; – ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir; – üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir; – dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir.